"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində olan ərazi və strukturlarda, muzeylərdə koronavirusa (COVID-19) qarşı tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.
Qoruğun Mətbuat Xidmətindən APA-ya bildirilib ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın bütün müəssisələrdə dezinfeksiya işlərinin aparılması ilə bağlı qərarına uyğun olaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı, "İçərişəhər" Muzey Mərkəzinin muzeyləri (Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Bakı Fotoqrafiya Evi), habelə Mənzil-Kommunal və Təmir Xidməti, Elmi-İstehsalat Bərpa Emalatxanası, Elmi-Mədəni Mərkəz, Marionet Teatrı, Tahir Salahovun ev-muzeyi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Ənənəvi İncəsənət Mərkəzinin binalarında bu istiqamətdə tədbirlərə başlanılıb.
Mart və aprel ayları ərzində dezinfeksiya işləri daimi həyata keçiriləcək.