İctimai nəqliyyatda məhdudiyyətlər nəzərdən keçirilir - [color=red]AGENTLİK[/color]
  • SOSİAL

  • 16:14 10 Aprel 2020

İctimai nəqliyyatda məhdudiyyətlər nəzərdən keçirilir - AGENTLİK

İctimai nəqliyyatda məhdudiyyətlərin tətbiqi məsələsi nəzərdən keçirilir.

ONA xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırkı epidemioloji vəziyyət və hadisələrin inkişafına uyğun fəaliyyət planları hazırlanaraq Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim edilib: “Bu fəaliyyət planları ilə bağlı Operativ Qərargahın qərarı necə olacaqsa, ona uyğun da işlər həyata keçiriləcək. Hazırda həyati vacib fəaliyyət göstərməli olan obyektlərin, xüsusilə də ərzaq mağazaları və apteklərin gündəlik nə qədər işçisinin işə getdiyini araşdırırıq. Buna uyğun olaraq, ola bilsin ki, 24 saat fəaliyyət göstərən ekspress xətlər fəaliyyətə başlasın və ya sərnişin az olan marşrutlar üzrə avtobusların hərəkəti dayandırılsın. Bütün bunlar Operativ Qərargahın yekun qərarından asılı olacaq”. 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR