• SOSİAL

    16:56 15 dekabr 2020

İnstitut direktoru: "İndi də vaksinlərlə bağlı inamsızlıq reaksiyaları görürük"

“COVİD-19 ortaya çıxanda bunun varlığına inanmayanlar var idi. Daha sonra ailəsində yoluxanlar olduqca bu xəstəliyi anlamağa başladılar”.

APA-nın məlumatına görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.

O bildirib ki, indi də vaksinlərlə bağlı eyni reaksiyaları görürük: “Bizim orqanizmimizin yaşamasının təməl əsası immun sistemidir. İmmun sistemi yoxdursa, biz yaşaya bilmərik. İmmun sistemini qorumağın əsasında vaksinasiya durur. Vaksinlərin bəzisi virusu öldürür, bəzisi virusun üzərində olan və xəstəliyi əmələ gətirən spaykları məhv etmiş olur. Hansı yolla əldə edilirsə edilsin, vaksinin əsas hədəfi immun sistemini aktiv hala gətirməkdir”.

A. Allahverdiyev bildirib ki, bəzi insanlar koronavirusa yenidən yoluxur və bu, immun sisteminin verdiyi cavabla bağlıdır: "İnsanların bəzisi xəstəliyi yüngül, bəzisi ağır keçirir. Vaksinin təsiri də belə olacaq. Vaksin tətbiq zamanı bəzi şəxslərdə immun sistemi aktivləşməyə də bilər. Bu da mümkündür”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR