Nazirlər Kabineti “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərarında dəyişiklik edib.
APA-nın məlumatına görə, qərara əsasən, İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının İqtisadiyyat naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin birinci müavini
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin rəisi
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi.