İranda daha 13 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, həmin 13 nəfərdən 7-i Qum, 4-ü Tehran və 2-i Azərbaycanla sərhəd bölgədə yerləşən Gilan əyalətindədir.
O bildirib ki, bu şəxslərin analizləri onların koronavirusa yoluxduğunu təsdiq edir.
K. Cahanpur əlavə edib ki, virusa yoluxanların əksəriyyəti Qum şəhərindəndir və ya son həftələr ərzində bu şəhərdən geri qayıdanlardır.
O, koronavirusa yoluxmaqda şübhəli bilinən daha iki nəfərin vəfat etdiyini bildirib.
Qeyd edək ki, bir neçə gün öncə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi 2 nəfərin koronavirusa yoluxma nəticəsində dünyasını dəyişdiyini açıqlayıb. Ölüm faktları Qum şəhərində qeydə alınmışdı.