• SOSİAL

    11:09 30 iyul 2019

İstirahət mərkəzləri məhkəməyə verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Xəzər dənizinin Bakı, Sumqayıt, şimal və cənub sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində tullantı sularının idarə olunması vəziyyəti ilə bağlı növbəti reydlər keçirilib və bundan əvvəl verilmiş məcburi göstərişlərin icra vəziyyəti yoxlanılıb.

ONA-nın xəbərinə görə, Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, reydlər zamanı Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən “Palma”, “Riverin”, “Ober Lyuks”, “El Faro”, “Təhsil”, “Atlant” istirahət mərkəzlərində su təmizləyici qurğuların quraşdırıldığı, Sumqayıtda fəaliyyət göstərən “Dostluq”, “Caspian Breeze”, “Şərur”, “Amore”, “Nicat”, “Freqat”, “Regnum”, “Röya”, “Turan”, “Təndir”, “Qala” istirahət mərkəzlərinin çirkab sularının mərkəzi kanalizasiya şəbəkəsinə qoşulduğu müəyyən olunub.

Onun sözlərinə görə, Xaçmaz rayonundakı “Çıraqqala”, “Jalə”, Sumqayıt şəhərindəki “Duyğu”, “Liman”, “Atlantida”, “Flaqman”, “Narınqala”, Balıqçı”, “Alma”, “Neptun, “Antalya”, “Qala”, Bakı şəhərindəki “Mirvari”, “Riyad park”, “Caspian Beach”, “1001 gecə”, “Eldarado”, “Dostluq”, “Aquapark” istirahət mərkəzlərinə bir müddət əvvəl verilmiş “məcburi göstəriş”lərin tələbləri icra edilmədiyi üçün onların fəaliyyətlərinin dayandırılması ilə bağlı məhkəmə qarşısında vəsatət qaldırılıb.

Nazirlik rəsmisi qeyd edib ki, reydlər zamanı Nabranda fəaliyyət göstərən “Lotos”, “Ulduz”, Sumqayıtda “Katamaran”, “Sahil”, “Diana”, Bakıda “Bizim sahil”, “Xəzər”, “Türkan”, “Simurq”, “Voyage”, “Qala” və “Antalya” istirahət mərkəzlərində, Lənkəran-Astara zonasında isə “Dağlar oğlu”, “Həsirli”, “Su pərisi”, “Panorama” ictimai-iaşə obyektlərində də formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib və cavabdeh şəxslər barəsində akt tərtib olunub: "Formalaşan tullantı sularının təmizlənməsi üçün sözügedən obyektlərin sahiblərinə icrası məcburi olan “məcburi göstəriş”lər verilib".

ONA

Teqlər:

SON XƏBƏRLƏR