İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolu İsmayıllı Rayon İcra Hakimiyyətinin balansından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilib.
APA-nın məlumatın görə, bu, Nazirlər Kabinetinin "İsmayıllı RİH-in balansında olan İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilməsi barədə" qərarında əksini tapıb.
Həmçinin "Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı"nda da dəyişiklik edilib.
Uzunluğu 29 km olan İvanovka-Hacıhətəmli-Mollaisaqlı yolu bu siyahıya əlavə edilib.