• SOSİAL

    20:03 17 iyul 2020

İyulun 20-dən SMS icazənin müddəti 3 saatadək artırılacaq, bərbərxana və gözəllik salonlarının fəaliyyətinə icazə veriləcək

2020-ci il 20 iyul tarixdən xüsusi karantin rejiminin sərtləşdirildiyi rayon və şəhərlərdə şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır.

ONA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildiriilib.

Bundan başqa, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2020-ci il 20 iyul tarixdən edibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR