İyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 1-2 dərəcə yüksək olacağı gözlənilir.
ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər az olacaq.
Bakıda və Abşeron yarımadasında iyul ayının birinci ongünlüyündə hava şəraitinin mülayim, isti keçəcəyi, cənub küləyinin üstünlük təşkil Orta aylıq temperaturun 27-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Gecələr temperatur 22-27, gündüzlər 29-34, bəzi günlərdə 37-40 dərəcə isti təşkil edəcək.