İbtidai siniflər üçün əlavə yaz tətili başlayıb
  • SOSİAL

  • 08:00 01 May 2019

İbtidai siniflər üçün əlavə yaz tətili başlayıb

Bu gündən ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayıb.

ONA-nın xəbərinə görə, məktəbəhazırlıq qruplarında da 5 gün əlavə tətildir (1-5 may).

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir. 16-20 noyabr payız tətili, 27-31 yanvar qış tətili, 1-5 may ibtidai siniflər üçün  əlavə yaz  tətili müəyyən edilib.