• SOSİAL

    17:00 5 mart 2019

İcazə sənədləri olmayan və yararsız 5000-dən çox reklam sökülüb

Açıq məkanda reklam yerləşdirilməsinə dair sahibkarlarla 18 206 icazə müqaviləsi imzalanıb, həmin müqavilələr üzrə 35 985 reklam daşıyıcısına icazə və texniki şərtlər pasportu verilib.

ONA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Bildirilib ki, açıq məkanda reklam yerləşdirilməsinə görə dövlət büdcəsinə 1.794.556 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib.

“Təhlükəsizliyin təmin olunmasına və estetik tələblərə cavab verməyən reklam daşıyıcıların əksər hissəsinin yeniləri ilə əvəz edilməsi istiqamətində zəruri tədbirlər görülüb, ölkə üzrə icazə sənədləri olmayan və yararsız 5022 ədəd reklam sökülüb. Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına görə reklam yayıcıları barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında 186 protokol tərtib edilərək, baxılmaq üçün aidiyyəti məhkəmələrə göndərilib”, -deyə sənəddə qeyd olunub.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR