• SOSİAL

    13:25 3 aprel 2020

icaze.gov.az saytı fəaliyyətə başlayıb

"Fəaliyyətinə icazə verilən qurumların əməkdaşlarının icazəsi üçün nəzərdə tutulan icaze.gov.az saytı bu gün saat 10:00-da fəaliyyətə başlayıb".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın 2 aprel qərarı ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.

Onun sözlərinə görə, artıq icazələr portalına bu saata qədər 4015 təşkilat 7279 əməkdaşı barədə məlumatı sistem üzərindən qeydiyyatdan keçirib: "Hazırda sistemdə müəyyən qədər yükləmə var. Bunun da səbəbi odur ki, vətəndaşlar da icazə portalına daxil olaraq icazə almağa çalışırlar. Sistem üzərində iş gedir ki, daha da mükəmməl olsun. Bu sistem çox qısa müddət ərzində hazırlanıb, bunun da səbəbi karantin rejimi ilə əlaqədar sürətli qərarların verilməsidir. Ancaq sayt dayanmayıb, yüklənmə olsa da, işləyir".

C.Salmanov deyib ki, icazələr sistemindən yalnız fəaliyyətinə icazə verilən qurumlar qeydiyyatdan keçə bilər: "Eyni zamanda qurumlardan xahiş edirik ki, sistemə yalnız fəaliyyətinə icazə verdikləri əməkdaşlar barədə qeydlər etsinlər".

ONA

Teqlər:

SON XƏBƏRLƏR