• SOSİAL

    15:28 30 may 2019

İdris İsayev: "Siniflərdə şagird sıxlığı var"

"Təhsil sahəsində geniş şaxəli islahatlar aparılır".

ONA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini İdris İsayev media nümayəndələri üçün keçirilən təlimdə deyib.

O bildirib ki, islahatlar məzmun, təhsil standartları, təhsilə əlçatanlığın artırılması, təhsilalanların və təhsilverənlərin göstəricilərinin dəyişdirilməsini əhatə edir.

Nazir müavininin sözlərinə görə, Azərbaycanda 1 milyon 600 min şagird təhsil alır, 150 minə yaxın müəllim pedaqoji faəliyyətlə məşğul olur, ölkədəki təhsil müəssisələrinin sayı isə 4500-dür: "360-a yaxın müəssisədə təhsilalanlara ibtidai, 800-ə yaxın müəssisədə ümumi orta (IX illik) təhsil verilir. Beləliklə, əhalinin 16 faizi bu və ya digər formada bu sahə ilə bağlıdır".

İ. İsayev qeyd edib ki, hər bir sinifdə şagird sıxlığı var: "Qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən, hər bir sinifdə şagird sayı 20 olmalıdır. Siniflər üzrə şagird sayı 30-dan çox olmamalıdır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu məsələ ilə bağlı qərar qəbul edilməlidir. Bu, siniflərin komplektləşdirilməsi baxımından mühüm addım olacaq".

Fərid

Teqlər:

SON XƏBƏRLƏR