• SOSİAL

    11:18 19 aprel 2019

İki gün milli parklara giriş pulsuz olacaq

Aprelin 20-21-də Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək.

Bu barədə ONA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ziyarətçilər Abşeron, Altıağac, Şirvan, Ağgöl, Hirkan, Göygöl, Şahdağ, Samur-Yalama, Qızılağac, Zəngəzur milli parklarına giriş haqqından azad ediləcək.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR