• SOSİAL

    18:58 17 fevral 2026

İlin ilk Günəş tutulması başa çatıb

İlin ilk Günəş tutulması başa çatıb.

ONA xəbər verir ki, Günəş tutulması 18:27-də başa çatıb.

Günəş tutulmasının maksimum fazası 16:12-yə təsadüf edib.

Bu tutulma əsasən Antarktida üzərindən müşahidə olunur.

Tutulmanın növü müşahidəçinin mövqeyindən asılı olduğuna görə Argentina, Madaqaskar, Cənubi Afrika Respublikası, Tanzaniya, Zimbabve, Namibiya, Seyşel adaları, Mozambik, Çili, Botsvana, Malavi, Zambiya, Cənubi Corciya və Cənubi Sendviç adaları, Mavriki, Reyunion, Lesoto və digər bir sıra ölkələrdə görünür.

Qeyd edək ki, Günəş tutulması zamanı Ay Günəşlə Yer arasına keçərək Günəşdən gələn şüaların Yerə çatmasının qarşısını alır. Nəticədə Yer səthinin müəyyən hissələrində Ayın kölgəsi yaranır və tutulma müşahidə olunur. Günəş tutulması yalnız yeni Ay fazasında baş verir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR