• SOSİAL

    16:17 4 dekabr 2021

İlin sonuncu Günəş tutulması olub

İlin sonuncu Günəş tutulması başa çatıb.

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, bu, tam Günəş tutulmasıdır. Saat 09:29:16-da başlayan tutulma hadisəsi 13:37:26-da sona çatıb. Tutulmanın maksimumu 11:34:38-də olub. Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edib. Qismən tutulma hadisəsi Avstraliyanın, Afrikanın, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktidada müşahidə olunub.

Tutulma hadisəsi Azərbaycanda müşahidə edilməyib.

Qeyd edək ki, ilin ilk Günəş tutulması iyunun 10-da olmuşdu.

ONA

Teqlər:

SON XƏBƏRLƏR