İmişlidə zərərli yonca toxumları yanıdırlaraq məhv edilib.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, Qırğızıstandan alınan və İmişliyə gətirilən yonca toxumlarında zərərli alaq otları aşkarlanıb.
Gətirilən toxumlardan götürülən nümunələr Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında yoxlanılıb. Həmin toxumlarda karantin tətbiq edilən alaq otları “Sarı sarmaşıq”, “Tikanlı quşüzümü” və “Sürünən kəkrə” toxumları aşkarlanıb.
Bitki Sağlamlıq və Fitosanitar Nəzarət Sekotrunun Ucar regional Bölməsinin əməkdaşlarının nəzarəti ilə çəkisi 44 ton olan yonca toxumları xüsusi aqreqatla alaq otlarına məxsus toxumlardan təmizlənib. Nəticədə 550 kiloqramdan çox zərərli toxumlar zərərsizləşdirilib. Ayrılan zərərli toxumlar yandırılaraq məhv edilib.