• SOSİAL

    11:07 29 aprel 2019

İnsan alveri cinayətlərinin 59 faizini cinsi istismar təşkil edib

BMT-nin qlobal hesabatına əsasən, son illər əksər ölkələrdə insan alveri cinayətlərinin sayının artması müşahidə edilib və bu əməllər cəzasızlıq mühitinin hökm sürdüyü silahlı münaqişə zonalarında daha geniş yayılıb.

ONA-nın məlumatına görə, bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatında bildirilib.

Sənəddə qeyd edilib ki, insan alverinə məruz qalanlar arasında qadınlar və azyaşlı qızların xüsusi çəkisi 70 faiz həddində olmaqla aşkarlanmış cinayətlərin 59 faizini cinsi istismar, 34 faizini məcburi əmək faktları təşkil edib.

İnsan alveri ilə mübarizədə beynəlxalq və milli səviyyədə göstərilən səylər də əhəmiyyətli olub. Təkcə ötən il həyata keçirilən tədbirlərlə 17 880 insan alveri cinayəti və 100 mindən çox (100 409) qurban müəyyən edilib, təqsirli şəxslər barəsində məhkəmələr tərəfindən 7045 ittiham hökmü çıxarılıb.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR