Təhsil müəssisələrinin akkreditasiyası haqqında yeni qanun layihəsi hazırlanır.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitənin sədri İsa Həbibbəyli bildirib.
İ.Həbibbəyli deyib ki, yeni qanun layihəsində təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı bir çox məsələlər öz həllini tapacaq: “Yaxın vaxtlarda həmin qanun layihəsi müzakirəyə çıxarılacaq”.