• SOSİAL

    19:28 11 mart 2019

İşsiz vətəndaş “İşsizin DOSTu” Proqramına cəlb edilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Binəqədi rayonunun Biləcəri qəsəbəsində 2 nəvəsi ilə birgə çətin vəziyyətdə yaşayan Reyhan Balabəyovaya nazirlik dəstək olacaq.

ONA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.

O bildiirb ki, bu haqda sosial şəbəkədən məlumat öyrəniblər: “Ailəyə nazirliyin səlahiyyətləri çərçivəsində göstərilə biləcək mümkün köməklikləri müəyyən etmək üçün əməkdaşlarımız onların yaşadıqları ünvanda oldular. R.Balabəyovanın özünün çoxuşaqlı olması səbəbindən vaxtından tez (57 yaş) yaşa görə aylıq müavinət (130 manat), nəvələrinin hər birinin isə ailə başçısını itirməyə görə aylıq sosial müavinət (2 uşağa 160 manat) almaq hüquqlarının olduğu müəyyən edilib. Həmin müavinətlərin onlara təyin edilməsi və bu hüququn yarandığı gündən hesablanaraq ödənilməsi üçün müvafiq sənədləşdirmə işləri aparılır. R.Balabəyova qısa müddətdə zəruri sənədləri toplayaraq təqdim edəcəyini bildirib.

Eyni zamanda Reyhan xanıma işləmək istəyi nəzərə alınaraq, onun “İşsizin DOSTu” proqramına cəlb edilməsi qərara alınıb. O, yaxın günlərdə əmək müqaviləsi əsasında işə başlayacaq”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR