• SOSİAL

    18:41 5 iyul 2019

İstirahət günləri üçün hava proqnozu açıqlanıb

Azərbaycanda istirahət günləri üçün hava proqnozu açıqlanıb.

Böyük və Kiçik Qafqazda fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONA-ya verilən xəbərə görə, Lənkəran-Astara bölgəsində yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında arabir yağış yağacağı, iyulun 8-də isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da əsasən gecə və axşam yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.

Paytaxtda yaxın iki gün ərzində küləkli hava şəraiti müşahidə olunacaq. Yağmursuz keçəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR