• SOSİAL

    15:16 1 mart 2019

İTV-nin Yayım Şurasına yeni üzvlər seçiləcək - ELAN

Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının səlahiyyət müddəti başa çatmış təşkilat qrupları üzrə üzvlüyə namizədlərin seçilməsi ilə bağlı elan verib.

ONA-nın xəbərinə görə, elan İTV-nin Yayım Şurasına idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüş namizədlərin 6 illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar verilib.

Yuxarıda göstərilən təşkilat qrupları üzrə namizədlərin seçilməsi 29 mart 2019-cu il tarixədək təmin edilməli, yekun protokollar və seçilmiş namizədlər barədə məlumatlar MTRŞ-ya (Ünvan: Nizami küçəsi, 145, əlaqə: 012 598-36-59; 012-598-32-24) təqdim edilməlidir.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR