• SOSİAL

    15:30 22 iyul 2024

İyulda temperatur normadan yüksək olub

2024-cü ilin iyul ayının ötən günləri ərzində ölkə ərazisində orta aylıq temperatur iqlim normasından 3.4 dərəcə yüksək olub.

ONA Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu barədə Xidmət rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, iyul ayının ötən dövründə havanın temperaturunun normadan yüksək olduğuna baxmayaraq çoxillik məlumatlarla müqayisədə rekord göstərici yenilənməyib.

“Ayrı-ayrı günlərdə hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb. Bölgələrdə 6-9 gün, Abşeron yarımadasında isə 4 gün yağıntılı keçib. Əksər bölgələrdə yağıntının miqdarı norma daxilində olub.
İyul ayının ötən dövründə bölgələrdə şərq istiqamətli küləklər üstünlük təşkil edib”.

N.Mahmudovun sözlərinə görə, ayrı-ayrı günlərdə bəzi dağlıq və dağətəyi rayonlarda şərq küləyi qısa müddətə güclənib, bəzi günlərdə küləyin sürəti 15 m/s-dən çox olub.

Qeyd edək ki, gözlənilən küləkli hava şəraiti ilə bağlı öncədən əhaliyə, aidiyyəti qurumlara sarı və narıncı xəbərdarlıqlar verilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR