1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı dəmir yolu xəstəxanasında aksiya keçiriləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, bayram günü aksiyada pediatriya baxışı pulsuz olacaq. Müayinələrə isə 40 faiz endirim ediləcək.
Xəstəxanaya gələn uşaqlara al-əlvan bəzədilmiş otaqlarda bayram əhval-ruhiyyəsi yaşadılacaq.