• SOSİAL

    16:48 30 aprel 2019

Azərbaycanda ölkələrarası övladlığa götürmə ƏƏSMN-ə həvalə edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) səlahiyyətində olan ölkələrarası övladlığa götürmə məsələləri bu il iyunun 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə ediləcək.

Bunu ONA-nın sorğusuna cavab olaraq AQUPDK-nın Hüquqi təminat şöbəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəfa Ələkbərova deyib.

O qeyd edib ki, ölkələrarası övladlığa götürmənin ƏƏSMN-ə həvalə edilməsi "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" ölkə Prezidentinin 10 dekabr 2018-ci il tarixli fərmanında nəzərdə tutulub.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR