• SOSİAL

    18:23 18 iyun 2019

İyunun 16-da keçirilmiş buraxılış imtahanının II mərhələsinin nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 16-da 29 şəhər və rayonda, o cümlədən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının II mərhələsinin nəticələrini elan edib.

DİM-dən ONA-ya bildirilib ki, imtahanın nəticələri saat 17:30-dan etibarən Mərkəzin internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 32827 şagirddən 561 nəfəri imtahana gəlməyib. 12 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR