Azərbaycanda mayın 6-da Ramazan ayı başlayır, iyunun 5-6-sı bayramdır - [color=red]FƏTVA[/color]
  • SOSİAL

  • 12:00 29 Aprel 2019

Azərbaycanda mayın 6-da Ramazan ayı başlayır, iyunun 5-6-sı bayramdır - FƏTVA

Azərbaycanda Ramazan ayı mayın 6-da başlayır. Niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.

ONA xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan ayı ilə bağlı verdiyi fətvada bildirilib.

Fətvaya əsasən, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək. QMİ-nin Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq, fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür.

Ramazan bayramı isə iyunun 5-6-a təsadüf edir.

Gülşən Hacıyeva

Teqlər: Ramazan bayram bütün xəbərlər