• SOSİAL

    14:33 28 aprel 2021

Jurnalistlər Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq Zəngilan məscidinə baş çəkiblər

Jurnalistlər Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq Zəngilan məscidində olublar.

APA-nın əməkdaşı xəbər verir ki, media nümayəndələri ermənilər tərəfindən dağıdılmış, sökülmüş məscidə baxış keçirib, erməni vandalizminin izlərini gözləri ilə görüblər.

Bildirilib ki, ermənilər tərəfindən dağıdılan məscid birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu hesabına yenidən bərpa olacaq.

Fond tərəfindən təşkil olunan həm xarici, həm yerli ekspertlərdən ibarət komissiya məscidin mövcud binasını qiymətləndirib. Məscidin sxem əsasında əvvəlki görkəmində bərpa olunması nəzərdə tutulur.

Qeyd edək ki, media nümayəndələrinin Prezident İlham Əliyevin aprelin 26-da səfər etdiyi marşrut üzrə bu gün Cəbrayıl və Zəngilan rayonlarına media-turu təşkil olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR