• SOSİAL

    15:39 1 noyabr 2021

Kamran Əliyev: "Naməlum məzarların açılması nəticəsində 150-dən artıq şəxsin kimliyi müəyyənləşib"

"Birinci Qarabağ müharibəsində həlak olmuş şəxslərin dəfn olunduğu naməlum məzarların açılması nəticəsində 150-dən artıq şəxsin kimliyi müəyyənləşib".

APA-nın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, yalnız Başlıbel faciəsi nəticəsində həlak olanların meyitləri yalnız öz dövlət qurumlarımızın fəaliyyəti nəticəsində müəyyən edilib: "Öz qurumlarımız tərəfindən meyitlərin tapılması istiqamətində iş aparılır. Bu sahədə müxtəlif ölkələrin qurumları ilə də birgə fəaliyyət həyata keçiririk, Rusiya Prokurorluğu da Ermənistanla danışıqlar aparır. Bu istiqamətdə də işləri davam etdirməliyik".

ONA

Teqlər:

SON XƏBƏRLƏR