• SOSİAL

    18:51 18 iyun 2020

Karantin rejimi ilə bağlı SMS xidməti bərpa edilir, ictimai iaşə obyektlərində yerində xidmət dayandırılacaq

“SMS xidməti istifadəyə veriləcək, ictimai iaşə obyektlərində yerində xidmətlər dayandırılacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

L. Abdullayeva deyib ki, muzey və sərgilərin fəaliyyəti və açıq havada idman oyunları dayandırılacaq.

L. Abdullayeva nəzərə çatdırıb ki, 65 yaş və daha yuxarı yaşlı insanların evdən çıxması məhdudlaşdırılmır: “Ancaq bu insanlar mümkün qədər evlərində təcrid vəziyyətində qalsınlar, bunu tövsiyə edirik. “Bakı Metropoliteni”nin fəaliyyəti də məhdudlaşdırılmır. Bulvar, park və istirahət məkanlarına giriş də məhdudlaşdırılmır”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR