Keçən il səhiyyə xərcləri üçün proqnozlaşdırılan vəsait 732 milyon 913,3 mi manat olsa da, bu sahəyə 709 milyon 864,8 min manat xərclənib.
ONA-nın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində əksini tapıb.
Beləliklə, səhiyyə xərcləri proqnozlaşdırılandan 23 milyon 48,5 min manat, yəni 3,1 faiz az olub. Bununla belə, 2017-ci illə müqayisədə 2018-ci ildə səhiyyə xərcləri 7 faiz çoxdur. Əgər 2017-ci ildə səhiyyə sahəsinin xərcləri 704 milyon 726,6 min manat olubsa, 2018-ci ildə bu sahənin xərcləri 5 milyon 138,2 min manat çox, yəni 709 milyon 864,8 milyon manat olub.