• SOSİAL

    11:36 14 mart 2019

Kəmaləddin Heydərov: "Cənab Prezidentin imzaladığı fərmanın icrası qısa müddətdə təmin ediləcək"

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin zəlzələ bölgəsinə səfərləri zamanı xeyli vətəndaş məktubla ölkə başçısına müraciət etdi. Məktubların 30 faizi zəlzələnin yaratdığı fəsadlar, evlərin bərpası, çıxarışların olmaması ilə bağlı olub".

ONA-nın xəbərinə görə, bunu “Çoxmənzilli binaların istismarına icazənin verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Prezidentinin fərmanının icrası ilə bağlı keçirilən müşavirədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Nazir qeyd edib ki, fərmanda əksini tapmış qərarların icrası qısa müddətdə təmin ediləcək: "Biz rayonlarda vətəndaş qəbulu keçiririk. Belə görüşlər zamanı məlum olur ki, məsələn, vətəndaş 60 ildir, bir evdə yaşayır, lakin evin çıxarışı yoxdur. Ərazi zəbt olunub, ya vətəndaş özü tənbəllik edib, niyə çıxarış almayıb? Bütün səbəblər araşdırılmalıdır".

Fərid

Teqlər:

SON XƏBƏRLƏR