• SOSİAL

    14:28 9 aprel 2019

Kəmaləddin Heydərov Qubada vətəndaşları qəbul edəcək

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 12-də saat 11:00-da Quba şəhərində, Heydər Əliyev Mərkəzinin binasında vətəndaşları qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, qəbulda yalnız Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı 11 aprel 2019-cu il tarixində Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR