• SOSİAL

    02:25 31 may 2019

Kiyevdə insult keçirən Milli qəhrəmanımız artıq Bakıya qayıdıb - FOTO - VİDEO - YENİLƏNİB

Milli qəhrəman Zabit Quliyev artıq Bakıdadır.

ONA-nın xəbərinə görə, onun gəldiyi təyyarə bu dəqiqələrdə Heydər Əliyev adına Hava Limanında enib.

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı bildirib ki, Z.Quliyevin bundan sonrakı müalicəsi Neyrocərrahiyyə Xəstəxanasında davam etdiriləcək.

***

Saat 01:00

Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Milli qəhrəmanımız Zabit Quliyev vətənə qayıdıb.

Azərbaycanın Ukraynadakı səfirliyindən ONA-ya verilən məlumata görə, Milli qəhrəmanımızı Borispol Beynəlxalq Hava Limanında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və səfirliyin əməkdaşları yola salıb.

Milli qəhrəmanın müalicəsi Bakıda davam etdiriləcək. Artıq xəstə kritik vəziyyətdən çıxıb. Son günlər ayaqlarını sərbəst hərəkət edir.

Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Kiyevə gələn Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında Milli qəhrəmanımızın müalicəsi ciddi nəzarətə götürülüb.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR