• SOSİAL

    11:18 10 iyun 2019

Klivlend klinikasının kardioloqu: “İnfarkt diaqnozu qoyulan 30 nəfərdən biri dünyasını dəyişir”

"Dünyada 25-40 yaşlı insanlar arasında ürək xəstəliyi gəncləşib".

ONA e-tibb.az-a istinadən xəbər verir ki, bunu "Bakı Ürək Günləri" IV Beynəlxalq Konqresi və Avrasiya Ürək-Damar Cərrahiyyə Cəmiyyətinin 15-ci Konfransında iştirak edən ABŞ-ın Klivlend klinikasının kardioloqu Murat Tuzcu bildirib.

M. Tuzcu deyib ki, indi 25-40 yaşlı insanlar 50 il əvvəlki dövrlə müqayisədə çox fərqli həyat tərzi keçirirlər. Bu insanlar günlərini ya televizor, ya da kompüter qarşısında oturaraq hərəkət etmədən keçirirlər və bu, sonradan onların kökəlməsinə səbəb olur: "Dünyada ürək xəstəliklərinin artmasının iki əsas səbəbi var. Ürək xəstəlikləri üçün ən önəmli risk faktoru yaşdır. Yaş artdıqca ürək-damar xəstəliklərinə məruz qalma şansı artır. Digər səbəb həyat tərzimizdir. Söhbət çox yemək, fiziki hərəkət etməmək, kökəlməkdən gedir. Belə olan halda ürək xəstəliklərinin olması çox normaldır. Bundan başqa, stress, siqaret çəkmə, havanın çirklənməsi ürək xəstəliyi riskini yüksəldir".

M.Tuzcu qeyd edib ki, 30-40 il əvvəl infarkt diaqnozu ilə xəstəxanaya gələn 3 nəfərdən biri dünyasını dəyişdisə, indi 30 nəfərdən biri ölür: "Başqa sözlə, indi insanlar ürək xəstəsi olsalar da, uzun müddət həyatda qala bilirlər".

ONA

Teqlər:

SON XƏBƏRLƏR