Kolleclərdə boş yerlərə qeydiyyat başa çatır
  • SOSİAL

  • 10:14 11 Sentyabr 2019

Kolleclərdə boş yerlərə qeydiyyat başa çatır

Ümumi (9 illik)  və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanlar bu gün saat 17:00-dək tələb olunan sənədləri qəbul olunduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

ONA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında bildirilib ki, abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Qeyd olunub ki, abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Xatırladaq ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 3643 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1424 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

ONA

Teqlər: DİM kollec

OXŞAR XƏBƏRLƏR