"Ailə mədəniyyətinin qorunması üçün anaların üzərinə çox böyük yük düşür".
ONA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda deyib.
Onun sözlərinə görə, ailə dəyərlərini hifz etmək üçün ailə mədəniyyətinin geniş şəkildə təşviqi, təbliği vacibdir: "Müasir dünyada ailələrin dağılması, boşanmalarla bağlı, xüsusilə Avropada nikahın yerini vətəndaş nikahının alması kimi halların geniş yayılması ilə bağlı proqnozlar var. Şükürlər olsun ki, Azərbaycan bu baxımdan yaxşı yerdədir. Avropa ölkələri var ki, boşanmalar 70-75 faiz təşkil edir. Bu, çox dəhşətlidir. Bu proses dayanmır, başqa ölkələrə də təsir göstərir. Biz bu təsirlərdən yayınmalıyıq. Bunun üçün ailə mədəniyyətinin qorunmasında anaların üzərinə çox böyük yük düşür".