“Prezident İlham Əliyevin tapşırığı ilə bütün respublika üzrə məişət zorakılığının qarşısının alınması üçün monitorinq qrupları yaradılıb”.
ONA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, həmin monitorinq qruplarının içərisində hər bir aidiyyəti qurumun nümayəndəsi təmsil olunur: “Bununla yanaşı, profiloktik işlərin görülməsi də həmin monitorinq qrupunun diqqətindədir. 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdinin intiharı işində də həmin monitorinq qrupunun öz tövsiyə və fikirləri olacaq”.