• SOSİAL

    14:56 13 mart 2019

Komitə sədri: “Təmayül qruplarının yaradılması repititorluq institutunun ləğvinə səbəb olacaq”

“Ümumi təhsil haqqında” qanun layihəsinin yekun variantında dəyişikliklər edilib.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli bildirib.

İ.Həbibbəyli deyib ki, komitə 1,5 ildir “Ümumi təhsil haqqında” qanun layihəsi üzərində çalışır: “Qanun layihəsini Maliyyə və Təhsil nazirliklərinə də göndərilib. Layihəyə münasibət ümumən müsbət olub, bəzi təkliflər də olub. Həmin təkliflər də qanun layihəsinə daxil edilib”.

Komitə sədri qeyd edib ki, əsas anlayışlarla bağlı 14 müddəa qanun layihəsindən çıxarılıb: “Biz o anlayışları layihənin daha asan anlaşılması üçün daxil etmişdik. Üçüncü, əsas oxunuşla əlaqədar o anlayışlar artıq layihədən çıxarılıb”.

İ.Həbibbəyi nəzərə çatdırıb ki, dövlət başçısının sərəncamları ilə müəllimlərin əməkhaqqının artırılması, orta məktəblərdə təmayül qruplarının yaradılması repititorluq institutunun ləğvində böyük rol oynayacaq.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR