• SOSİAL

    00:19 3 avqust 2019

Kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsinə dair meyarlar dəyişib

Nazirlər Kabineti “Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, indiyə qədər kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün illik gəliri 120 milyon manat, hesabat ili ərzində işçilərin orta hesabla sayı 1500 nəfər, balansın yekun məbləği 300 milyon manatdan az olmamalı idi.

Dəyişikliyə əsasən, kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün illik gəlir və balansın yekun məbləğinə dair göstərici artırılır, hesabat ili ərzində işçilərin orta hesabla sayı isə dəyişmir. Başqa sözlə, kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün illik gəliri 180 milyon manat, hesabat ili ərzində işçilərin orta hesabla sayı 1500 nəfər, balansın yekun məbləği 450 milyon manatdan az olmamalıdır.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR