• SOSİAL

    12:46 29 mart 2019

Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşları artırılıb

Azərbaycanda Konstitusiya Məhkəməsinin hakimlərinin maaşı artırılıb.

ONA-nın məlumatına görə, bununla bağlı “Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci ( Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2 bəndi yeni redaksiyada verilib.

Yeni sənəddə göstərilib ki, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına bərabərdir.

Hazırki bənd isə belədir: “Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2335 manatdır”.

Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub. Əlavəyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Qeyd edək ki, Milli Məclis sədri 2475 manat əmək haqqı alır.

Dəyişiklik layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR