• SOSİAL

    12:43 24 fevral 2019

Bəzi hakimlərin nəqliyyatdan pulsuz istifadə hüququ ləğv edilib

Konstitusiya Məhkəməsinin hakimlərinin Azərbaycan ərazisi hüdudlarında dəmir yolu, hava və avtomobil nəqliyyatı vasitələrindən pulsuz istifadə etmək hüquqları ləğv edilib.

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 739 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb. Beləliklə, Konstitusiya Məhkəməsinin hakimlərinin yalnız dəmir yolu vağzalı və hava limanlarındakı rəsmi nümayəndə zallarından pulsuz istifadə etmək hüquqları saxlanılıb.

Eyni zamanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimə də dəmir yolu vağzalı və hava limanlarındakı rəsmi nümayəndə zallarından pulsuz istifadə etmək hüququ verilib.

Xatırladaq ki, 18 iyul 1998-ci ildən indiyə qədər Konstitusiya Məhkəməsinin hakimlərinin Azərbaycan ərazisi hüdudlarında dəmir yolu, hava və avtomobil nəqliyyatı vasitələrindən (taksi istisna olmaqla), habelə dəmir yolu vağzalı və hava limanlarındakı rəsmi nümayəndə zallarından pulsuz istifadə etmək hüquqları olub.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR