Koronavirusa qarşı vaksinasiya pulsuz həyata keçiriləcək.
APA-nın məlumatına görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
V. Qasımov bildirib ki, hansı vaksinin daha tez üçüncü fazadan keçməsi ilə bağlı açıqlama veriləcəksə, onun ölkəyə gətirilməsinə çalışacaqlar.
Onun sözlərinə görə, ondan sonra risk qrupları müəyyənləşdirilərək əhali vaksinasiyaya cəlb ediləcək.