“İndiyədək virusa yoluxan şagirdlərin sayı 14758, işçilərin sayı 7090 nəfərdir”.
APA-nın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.
O bildirib ki, sentyabrdan indiyə qədər ibtidai siniflərdə 2246 şagird koronavirusa yoluxub. 5-9 siniflərdə 4411 nəfər, 10-11-ci siniflərdə isə 7525 nəfərdə koronavirus aşkarlanıb. Virus aşkarlanmış şagird məktəbdə olubsa, onun sinfi distant təhsilə keçib.