Ümumdünya Səhiyyə Təşkilatı koronavirus xəstəliyinə yoluxma hallarına dair fevralın 26-na olan məlumatı açıqlayıb.
ONA xəbər verir ki, ÜST-ün Azərbaycan nümayəndəliyinin sosial şəbəkədə açıqladığı məlumata görə, son 24 saat ərzində Əlcəzair, Avstriya, Xorvatiya və İsveçrədə koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halı qeydə alınıb.
Təsdiqlənmiş yoluxma hallarının sayı aşağıdakı kimidir:
Dünyada: 81 109 (871 yeni)
Çində: 78 191 (412 yeni)
2718 ölüm halı (52 yeni)
Çinin xaricində:
2918 yoluxma halı (459 yeni)
37 ölkə (4 yeni)
43 ölüm halı (9 yeni)
ÜST koronavirusla bağlı risk qiymətləndirməsini Çində çox yüksək, regional və qlobal səviyyədə yüksək hesab edir.