“Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyə qədər 113 milyon manat vəsait yığılıb”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, hələ Fondun vəsaiti xərclənməyib, dövlətn ayırdığı vəsait yetərli olub: “Növbəti həftə Fondun İctimai Nəzarət Şurasının iclası olacaq. Fondun vəsaitlərinə sərəncam verən qurum Nazirlər Kabinetidir. İctimai Şura xərclərin hansı istiqamətə yönəldilməsinə nəzarət edir. Bu vəsait tam şəffaf şəkildə xərclənəcək, koronavirusla bağlı saytda da hər bir manatın xərclənməsi barədə məlumat olacaq”.