• SOSİAL

    17:19 29 yanvar 2020

Koronavirusun genetik kodu tapılıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi tərəfindən Çin Xalq Respublikasının ərazisində meydana gələn 2019-nCoV koronavirusunun laborator diaqnostikasının metodikası açıqlanıb.

ONA-nın xəbərinə görə, ÜST-ün açıqladığı məlumatda bildirilir ki, Çin Xalq Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi, ABŞ Xəstəliklərlə Mübarizə və Nəzarət Mərkəzi tərəfindən aparılan elmi tədqiqatlar nəticəsində virusun genetik kodu müəyyən edilib və ABŞ Milli Sağlamlıq İnstitutunun Genetik Kod Məlumat Bazasına yüklənib. Araşdırmaların nəticələri və 2019-nCoV diaqnostikasının texniki məlumatları ÜST-ün rəsmi saytında yerləşdirilib.

Bildirilir ki, 2019-nCoV virusunun genetik kodunun müəyyən edilməsi virusun diaqnozunun sürətli və dəqiq şəkildə həyata keçirilməsinə, eyni zamanda vaksin hazırlanma prosesinin sürətləndirilməsinə imkan verir.

Qeyd edək ki, bundan öncə MERS‐CoV və SARS-CoV virusları yayılarkən müvafiq qurumlar tərəfindən virusun genetik kodu daha uzun müddət ərzində müəyyən edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR