• SOSİAL

    22:22 23 mart 2020

Küçə, bulvar və parklarda 10 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib

Azərbaycan ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

APA-nın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə bu gün keçirilən iclasında qərar qəbul edilib.

İnsanlarası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması da tövsiyə olunub.

Qeyd edək ki, qərara əsasən, Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

Səbinə

Teqlər:

SON XƏBƏRLƏR