• SOSİAL

    13:37 19 aprel 2022

Külək güclənəcək

Son günlər ölkə ərazisində cənub küləyi fonunda hava şəraiti mülayim, əsasən yağmursuz keçir. Havanın temperaturu normadan 2-4.5° yüksək olub.

ONA xəbər verir ki, bu barədə ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir. Xəbərə görə, bu gün, gün ərzində sabit hava şəraiti davam edəcək. Lakin cənub-qərb küləyi arabir güclənəcək, 20-də isə şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam və 21-də güclənəcək.

Bölgələrdə 20-si gündüzdən 22-dək arabir yağıntılı olacaq. Əsasən şimal və qərb rayonlarında intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR