Kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb.
APA xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə məlumat verib.
O bildirib ki, artıq 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib: "4000 itkinin müqabilində bu rəqəm azdır. Amma bu, başlanğıcdır. Proses davam etdirilir. Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir".
Qeyd olunub ki, iki qalıq artıq dəfn olunub. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir. Onlardan 3 nəfərin eyniləşdirilməsi qısa zamanda aparılıb.
Kimliyi müəyyən edilən şəxslərin siyahısı aşağıdakı kimidir:
İbrahimov Vəliyyəddin Səhləb oğlu
Abdullayev Nurəli Hacıbaba oğlu
Qurbanov Nofəl Nəriman oğlu
Rüstəmov Araz Bağı oğlu
Abbasov Məhərrəm Abbas oğlu
Niftəliyev Adil Kamal oğlu
Qarayev Qafar Qənbər oğlu
Hüseynov Əli Heydər oğlu
Hüseynov Gülverdi Ağahüseyn oğlu
Mikayılov Baba Balakişi oğlu
İsayeva Sənəm Həsən qızı
Əzizov Yusif İsmayıl oğlu
Musayev Mehman Camal oğlu
Allahverdiyev Şəmsəddin Əvəz oğlu
Məmmədov Əsəd Məmməd oğlu